Naxçıvanlı məktəbli “Brilyant mükafat” qazanıb

21 İyun 2025 19:58 (UTC+04:00)

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Ümid Rzalı beynəlxalq olimpiadada böyük uğura imza atıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 8-ci sinif şagirdi Ümid Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 15 ölkəsinin iştirak etdiyi, “Future Intelligence Students Olympiad” (FISO) olimpiadasında riyaziyyat fənni üzrə “Brilyant mükafat” (Diamond Award) qazanıb.