Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir - ADY

21 İyun 2025 15:02 (UTC+04:00)

ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dəmir yolları QSC məlumat yayıb.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.