Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gənc boksçular üçün antidopinq üzrə maarifləndirici seminar təşkil edib. SİA xəbər verir ki, seminarda iştirakçılara dopinqin insan sağlamlığına vurduğu zərərlər, istifadəsi qadağan edilən maddə və üsulların siyahısı, dopinq nəzarətinin mərhələləri, təmiz idmanın hüquqi və etik çərçivəsi, eləcə də narkotik vasitələrin idman və cəmiyyət üçün yaratdığı risklər haqqında ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
Belə təşəbbüslər yalnız biliklərin artırılmasına xidmət etmir, həm də idmanda sağlam və məsuliyyətli yanaşmanın təşviqi, etik davranış normalarının möhkəmləndirilməsi və gənc idmançıların düzgün seçim etməsinə dəstək olur.