Ötən gün ölkə ərazisində 52 kiloqramdan çox narkotik aşkarlanıb - YENİLƏNİR

21 İyun 2025 10:44 (UTC+04:00)

Ötən gün ölkə ərazisində 52 kiloqramdan çox narkotik aşkarlanıb. SİA xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20359 ədəd çənətə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.