Premyer Liqa təmsilçisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

21 İyun 2025 10:16 (UTC+04:00)

İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest" baş məşqçisi Nuno Espirito Santo ilə müqavilə müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 51 yaşlı baş məşqçi 2023-cü ilin dekabrından komandaya rəhbərlik edir. Onun rəhbərliyi ilə ötən mövsüm “Nottingem Forest" Premyer Liqada yeddinci yeri tutub