İsrail Müdafiə Qüvvələri Sepah-ın komandirini öldürüb

21 İyun 2025 09:23 (UTC+04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü bildirib. SİA xəbər verir ki, bu barədə IDF-in “Telegram” kanalında məlumat verilib.

Qeyd olunub ki, Cudaki IDF qüvvələri tərəfindən ikinci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra bu vəzifəyə təyin edilib və İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə PUA hücumuna rəhbərlik edib.