Azərbaycan millisi Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq

21 İyun 2025 09:17 (UTC+04:00)

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq. SİA xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) yığmalarını üstələyib. Gümüş Avropa Liqasının III turu Farer adalarında təşkil olunub.