Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürüb

21 İyun 2025 09:11 (UTC+04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, Abdullayev Turan Sadiq oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən piyada 1981-ci il təvəllüdlü Süleymanov Namiq Əli oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxana yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Fakt bağlı cinayət işi başlanılıb.