Gülay qonşusundan şikayət etdi

21 İyun 2025 08:40 (UTC+04:00)

Müğənni Gülay Zeynallı xoşagəlməz hadisə ilə üzləşib. SİA xəbər verir ki, xanəndə gecə saatlarında səs-küy salan qonşusundan şikayət edib.

O, bildirib ki, qonşusu gecə saatlarında səsucaldıcı ilə musiqiyə qulaq asır: "Saat 01:50-dir. Bu saatda səsucaldıcı olar? Bu vaxt səs-küy salmaq olar? Başımız getdi qonşu! Əgər sizə qonşu demək olarsa.Birgə yaşayış qaydalarına əməl edək!".