Danimarkanın baş nazirinə qeyri-adi hədiyyə verildi

21 İyun 2025 07:45 (UTC+04:00)

Danimarkanın Baş naziri Mette Frederiksen karton eşşək şəklində hədiyyə sertifikatı alıb. SİA xəbər verir ki, bu haqda “Se og Hør” jurnalı məlumat yayıb. Bu, baş nazirə 10 ildir partiyasına rəhbərlik etdiyi Sosial Demokratların hədiyyəsi olub. Bildirilir ki, Frederiksenin siyasətdən ayrılıb Mon adasındakı evinə köçdüyü zaman karton sertifikat əsl eşşəklə dəyişdiriləcək.