“Kişi” sevgilisini uşaqların gözləri qarşısında tütəklə döyərək öldürüb...

20 İyun 2025 19:13 (UTC+04:00)

Rusiyada, Kurqanda məhkəmə sevgilisini vəhşicəsinə öldürməkdə şübhəli bilinən 33 yaşlı rusiyalının həbs edilməsi ilə bağlı müstəntiqlərin vəsatətini təmin edib və onu istintaq təcridxanasına göndərib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi özünün Telegram kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 18-də spirtli içki qəbul edən şəxs onun davranışından qəzəblənən qayınanası ilə mübahisə edib.

“Kişi” plastik boru ilə “silahlanıb” və azyaşlı uşaqların gözü qarşısında qadını döyməyə başlayıb.

Qadının aldığı xəsarətlər həyatla bir araya sığmayıb.

...Bundan əvvəl Moskva vilayətində rusiyalı gəncin anası ilə sevgilisini tarlada basdırdığı barədə məlumat yayılmışdı.

Əli Babayev