Putin Rusiya Ordusunun modernləşdirilməsindən danışıb

20 İyun 2025 18:48 (UTC+04:00)

Rusiya ordusunun döyüş qabiliyyəti yeni inkişaflar nəzərə alınmaqla artırılacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

...Biz Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün yeni texnoloji bazadan istifadə edəcəyik: “Hərbi infrastruktur obyektlərini müasirləşdirək və ən müasir texnologiyalarla təchiz edək”.

O, hərbi obyektlərin döyüş şəraitində effektivliyini sübut edən silah və texnika ilə təchiz olunacağını vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya tərəfi dost ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Əli Babayev