Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ümumdünya Qaçqınlar Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, nazirliyin "X" sosial media hesabında etdiyi paylaşımda dünyadakı bütün qaçqın və məcburi köçkünlərlə həmrəylik ifadə olunub.
"Azərbaycan kütləvi köçkünlük yaşayan ölkə kimi qaçqınların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunmasına yönəlmiş beynəlxalq səylərə sadiqdir", - postda vurğulanıb.