Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir - Nazir

20 İyun 2025 15:51 (UTC+04:00)

Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir. Biz özbək biznesinin bizim bazara böyük marağını müşahidə edirik. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.

“Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyə nazir qeyd edib.