"Qanunlar Toplusu" kitabının təqdimatı keçirilib - FOTOLAR

20 İyun 2025 14:34 (UTC+04:00)

“Hüquq elmində yenilik–18.06.2025-ci il tarixdə Ombudsman əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində "Qanunlar Toplusu" kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, Azərbaycanda ilk dəfə 9 saylı cəzçəkmə müəssisəsində cəza çəkən ali təhsili olmayan bir məhkum Rauf Rauf oğlu Rəhimov hüquq elmində yeniliyə imza atıb. Belə ki, bu günə kimi məhkumlar öz hüquq və vəzifələrini müdafiə etmək üçün bir sıra qanunvericilikləri əldə etmək məcburiyyətində idilər. Yəni cəza çəkən bir məhkum öz hüquqlarından istifadə etməsi üçün cinayət məcəlləsini, cinayət prosessual məcəlləsini, cəzaların icrası məcəlləsini, ailə məcəlləsinin, əfv etmə haqqında əsasnaməni, əmək pensiyaları haqqında AR qanununu, icra haqqında AR qanununu, dövlət rüsumu haqqında AR qanununu və sair qanunları əldə etməlidir. Rauf Rəhimovun "Qanunlar Toplusu" adlı kitabında yuxarıda qeyd olunan bütün qanunlar öz əksini tapmışdır. Bu kitabı əldə etməklə məhkumlar həm cinayət, həm də mülki işləri barədə öz hüquqlarını asanlıqla öyrənəcəklər.

Məhkum Rauf Rəhimov kitabın ikinci səhifəsində dəstəyini əsirgəməyən və təhsilə olan marağının həyata keçirilməsində əməyi olan aşağıda adları qeyd olunan ziyalılara öz dərin minnətdarlığını bildirmişdir. Həmin şəxslərin siyahısı aşağıda qeyd olunub.

Fərid Əhmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

Emin Əmrullayev - Azərbaycan Respublikasının elm və təhsil naziri

Mirsaleh Seyidov - Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəisi

Sərvər Süleymanlı - Bakı Dövlət Universitetinin dosenti

Tahir Xudiyev - Beynəlxalq Əlillər Cəmiyyətinin sədri

Hüseyn Əlixanov - Beynəlxalq Əlillər Cəmiyyətinin İdarə heyətinin üzvü

Elçin Şıxlı - Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bəhruz Quliyev – “Səs” media qrupunun rəhbəri

Qeyd edək ki, bu kitabı əldə etmək istəyən şəxslər aşağıdakı e-mail adresinə müraciət edə bilər.

E-mail: [email protected]