Müstəqil, suveren, hüquqi dövlətin mövcudluğunun əsasını ilk növbədə ictimai və dövlət maraqlarının qorunması təşkil edir. İctimai və dövlət maraqlarının əsasında isə vətəndaş məsuliyyəti, milli həmrəylik, strateji dövlətçilik təfəkkürü dayanır. Təsadüfi deyildir ki, bizim vətənimizdə məhz vətəndaş məsuliyyəti, milli həmrəylik hüquqi norma deyil, milli ideologiyanın, dövlət siyasətinin əsası olaraq qəbul edilir. Sevindirici haldır ki, ictimai və dövlət maraqları ölkəmizdə məhz ictimai şüurun ayrılmaz tərkib hissəsinə çevrilib.
İctimai və dövlət maraqlarımızın qorunması, müdafiəsi cəmiyyətimiz üçün ən önəmlidir
İctimai maraqlarımızın müdafiəsinin bizim məhz milli birliyimizin, eləcə də dövlətçiliyimizin ən ali ifadəsi və əsası olduğuna 44 günlük Vətən müharibəsində bir daha əmin olduq. Əmin olduq ki, ictimai və dövlət maraqlarının hər şeydən üstün tutulması bizi fasiləsiz və inamlı, əsaslı şəkildə qələbələrə daşıyır. Zərrə qədər də şübhə qalmadı ki, cəmiyyətimiz üçün ictimai və dövlət maraqları ən öndə olandır. Təkcə vətəndaşlarımız, həmvətənlərimiz deyil, bütün dünya ictimaiyyəti də bir daha əmin oldu ki, ictimai və dövlət maraqlarımızın qorunması, müdafiəsi ictimaiyyətimiz üçün ən önəmlidir. Bu isə onu deməyə əsas verir ki, həmin maraqların qorunması ictimai şüurumuzun tərkib hissəsi olduğuna qətiyyən şübhə ola bilməz.
Torpaqlarımızın işğaldan azad olunması zamanı, daha dəqiq desək, 44 günlük müharibə zamanı xalqımızın bir yumruq halında birləşməsinin şahidi olduq. Şahidi olduq ki, ölkə vətəndaşlarımız məhz siyasi, etnik və hərhansı mənsubiyyətindən asılı olmayaraq, birlik həmrəylik nümayiş etdirdilər. İstər dövlət qurumları olsun, istər dördüncü hakimiyyət sayılan media olsun, istər qeyri-hökumət təşkilatları olsun, istərsə də hərhansı bir həmvətənimiz ilk növbədə, ədaləti və qəbul olunmuş beynəlxalq qanunları, norma və prinsipləri rəhbər tutaraq, hər biri ictimai maraqlardan çıxış etdi və xalqımıza məxsus olanları elə buna görə də ən tez zamanda geri aldıq və onlara tam olaraq sahib çıxdıq.
Ölkəmizdə xalq, cəmiyyət, vətəndaş tərəfindən ictimai və dövlət maraqlarının müdafiəsi yüksək səviyyədədir
Heç şübhəsiz ki, Azərbaycanda cəmiyyətin, ictimaiyyətin maraqlarının dövlət tərəfindən qorunduğu təkzibedilməzdir. Bunun bariz nümunələrini istənilən sferada, istənilən istiqamətdə müşahidə edə bilirik. Təkcə biz, ölkə vətəndaşları deyil, dünya ictimaiyyəti də bunu müşahidə edir. Müşahidə edir ki, Azərbaycan vətəndaşlarının, ölkə ictimaiyyətinin maraqları, milli maraqlarımız dövlətimiz tərəfindən qorunur, müdafiə edilir və diplomatik görüşlər, danışıqlar zamanı da məhz milli maraqların ön planda olduğu diqqətdən yayınan deyil və dəfələrlə də öz təsdiqini tapıb. Məsələ burasındadır ki, cəmiyyətin, ictimaiyyətin maraqları dövlət tərəfindən müdafiə edildiyi kimi, dövlətin maraqları da ictimaiyyət, cəmiyyət tərəfindən qorunmalıdır. Sevindirici haldır ki, qorunur da. Əlbəttə ki, ictimai və dövlət maraqlarının müdafiəsinə eyni dərəcədə önəm verilməsinin əsl nümunəsi kimi bizim ölkəmiz dünya dövlətləri üçün bir örnək belə sayıla bilər. Çünki, ictimai və dövlət maraqlarının müdafiəsinə nəzər salsaq görərik ki, ölkəmizdə xalq, cəmiyyət, vətəndaş tərəfindən bu maraqların müdafiəsi yüksək səviyyədədir.
Xalqımızın hər zaman öz dövlətinə inandığının, dövlət maraqlarını qoruduğunun hər an şahidi olmuşuq və bir daha təkrarən qeyd edirik ki, 44 günlük Vətən müharibəsi də bunu, bu həqiqəti təsdiq etdi. Təsdiq etdi ki, Azərbaycanda xalq və dövlət arasında yüksək inam və bağlılıq mövcuddur. Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin bir əmri ilə səfərbər olan müzəffər ordumuzun arxasında dövlətimizlə yanaşı xalqımızın da dayandığının bütün dünya şahidi oldu. Şahidi oldu ki, Azərbaycanda xalqla, cəmiyyətlə dövlət arasında qırılmaz tellər, bağlar mövcuddur və bu münasibətləri sarsıtmaq mümkünsüzdür. Bu isə onu deməyə əsas verir ki, ictimai və dövlət maraqlarının müdafiəsi ictimai şüurun artıq ayrılmaz tərkib hissəsi olaraq, çoxdan qəbul edilməkdədir.
İctimai şüurun ayrılmaz tərkib hissəsinə çevrilən ictimai və dövlət maraqları ölkəmizdə qorunmaqdadır
Hər bir vətəndaş öz xalqının, öz ölkəsinin dünya ölkələri arasında, beynəlxalq miqyasda nüfuzunun durmadan artmasına çalışmalıdır və ən qürurverici hal odur ki, bunu bizim cəmiyyətimiz, vətəndaşlarımız çox yüksək səviyyədə qəbul edir və bunun üçün çalışırlar da. Ölkəmizi, xalqımızı bütün dünyada təmsil edən vətəndaşlarımız hər zaman milli maraqlarımızdan çıxış edirlər. Bunu bir çox istiqamətlərdə, məsələn, diplomatik münasibətlərdən, görüşlərdən, danışıqlardan, əlaqələrdən tutmuş, idman yarışlarına qədər müşahidə etməkdəyik. Daim ən yüksəkdə, ən öndə olmaq üçün çalışıldığı əldə edilən uğurlarda bir daha özünü göstərir. Ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin, diasporlarımızın, lobbilərimizin fəaliyyətinə nəzər saldıqda bir daha əmin oluruq ki, milli maraqlarımız, ictimai və dövlət maraqları bizim üçün ən önəmli, hər şeydən vacib sayılır.
Öz ölkəsinin dünya dövlətləri arasında yüksəlişini, inkişafını, eləcə də gücünün, qüdrətinin, nüfuzunun artmasını görmək istəyən, bunu arzulayan hər bir vətəndaş, eləcə də hər bir həmvətənimiz dövlət maraqlarının müdafiəsində öz üzərinə düşən məsuliyyəti dərk etmiş sayılır. Necə ki, dövlət öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi, ölkədə sabitliyin, əmin-amanlığın qorunmasını, ərazi bütövlüyünün, sərhədlərinin, hər qarış torpağının mühafizəsini, ölkəsinin inkişafını, cəmiyyətin rifah halının daha da yüxşılaşdırılmasını ümdə vəzifə hesab edir, vətəndaş da öz növbəsində dövlət maraqlarını qorumalıdır. Torpaqlarımızın işğaldan azad edilməsi, xalqımıza məxsus olan dəyərlərə sahib çıxılması, bunun üçün cəmiyyətimizin apardığı mübarizə, döyüş zamanı qəhrəmancasına mücadilə edilməsi ilə təsdiq olundu, xüsusən də, savaş zamanı canını, qanını əsirgəməyənlər bir daha sübut etdilər ki, ölkəmizdə ictimai və dövlət maraqları qorunur. Eyni zamanda, müharibədən sonrakı dönəmdə işğaldan azad edilən ərazilərdə quruculuq, abadlıq işlərinin görülməsində cəmiyyətimizin yaxından, özü də böyük həvəslə, ruh yüksəkliyi ilə iştirak etməsi özü də təsdiq etdi ki, bizdə ictimai və dövlət maraqları məhz ictimai şüurun ayrılmaz tərkib hissəsinə çevrilib.
Müəllif: İnam Hacıyev
6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.