“Zirə” – “Hayduk” matçının vaxtı bəlli olub - UEFA Konfrans Liqası

20 İyun 2025 11:41 (UTC+04:00)

“Zirə” komandasının UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la keçirəcəyi oyunun günü bəlli olub. SİA xəbər verir ki, Bakı klubunun mətbuat xidmətindən verilən məlumata görə, matç iyulun 23-də “Neftçi Arena”da təşkil olunacaq.

Kollektivlər arasında cavab qarşılaşması iyunun 31-də Split şəhərindəki "Polyud" stadionunda gerçəkləşəcək.