IFC-nin Cənubi Qafqaz üzrə regional menecerinin missiyası başa çatıb

20 İyun 2025 11:05 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarteni qəbul edib. SİA xəbər verir ki,bu barədə AMB-yə istinadən xəbər verir.

"2021-ci ilin iyun ayından bu vəzifədə çalışan xanım Duarte missiyasını uğurla tamamlayır. Görüş zamanı sədr ölkədə və regionda IFC-nin fəaliyyətinə verdiyi dəyərli töhfələrə və məhsuldar əməkdaşlığa görə ona təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb", - deyə məlumatda qeyd olunub.