Azərbaycan cüdo millisi Almaniya yığması ilə qarşılaşacaq - Dünya çempionatı

20 İyun 2025 10:27 (UTC+04:00)

Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışlarına start veriləcək. SİA xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Almaniya seçməsi ilə üz-üzə gələcək.

Yığmanın heyətində Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kiloqram), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kiloqram), Aytac Qardaşxanlı (70 kiloqram) və Nigar Süleymanova (+70 kiloqram) yer alıblar.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları üç bürünc medalla başa vurub.