İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub

20 İyun 2025 10:13 (UTC+04:00)

İsrail hərbçiləri Tehranda onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin (SPND) qərargahını vurub. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri (IDF) Tehranın mərkəzində silsilə zərbələri tamamlayıb: onlarla hədəf, o cümlədən raket istehsalı ilə bağlı hərbi obyektlər, İranın nüvə layihəsi ilə əlaqəli SPND qərargahı vurulub", - məlumatda bildirilir.