Türkiyədə zəlzələ oldu

20 İyun 2025 01:42 (UTC+04:00)

Türkiyənin Hatay vilayətində 3,9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, zəlzələ Samandağ rayonunun Antakya körfəzində olub. Dağıntı və ya tələfat barədə məlumat verilməyib.