Dövlət qurumlarının əməkdaşları arasında keçirilən voleybol yarışının qalibləri müəyyənləşib - FOTOLAR

19 İyun 2025 17:25 (UTC+04:00)

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən voleybol yarışının qalibləri müəyyənləşib. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən məlumat verilib.

GİN və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində baş tutan yarışda kişilərdən ibarət komandalar mübarizə aparıblar.

Fövqəladə Hallar Nazirliyi fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. SOCAR komandası ikinci, “Azərbaycan Dəmir Yolları” QSC isə üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın ilk günündə qadın komandalar arasında oyunlar keçirilib. Bu mərhələdə də Fövqəladə Hallar Nazirliyi qalib gəlib. SOCAR ikinci, ASAN xidmət isə üçüncü pilləni tutub.