Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində mənzillərin açarları təqdim olunub

19 İyun 2025 17:15 (UTC+04:00)

Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində ailələrə mənzillərin açarları təqdim olunub. Bu barədə SİA xəbər verir.

Açarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.