Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

19 İyun 2025 16:51 (UTC+04:00)

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq. SİA xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.

U.Kokauri bürünc medal uğrunda çexiyalı Lukaş Krpaleklə yarışacaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.