“Sabah” klubunun U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq turnirinin ilk üç oyununda qələbə qazanıb. Bu barədə SİA-ya paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
İlqar Mənsimovun baş məşqçisi olduğu kollektiv Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay”ı isə 9:0 hesabı ilə məğlub edib.