İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

19 İyun 2025 15:35 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib. SİA xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.