Putin canlı televiziyada NATO haqqında danışarkən əsəbiləşib…

20 İyun 2025 00:04 (UTC+04:00)

...Rusiya lideri Vladimir Putin bu dəfə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı yenidən qalmaqallı açıqlamalar verib. Kreml rəhbəri mətbuat konfransında Rusiyanın Avropa ölkələrinə və ya NATO-ya mümkün hücumu ilə bağlı məlumatı “inanılmaz yalan” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Obozrevatel yazır.

Putin əsəbi şəkildə Moskvanın öz silahlı qüvvələrinin inkişafını gizlətməsə də, guya Alyansa qarşı aqressiv niyyətinin olmadığını əmin etməyə çalışıb.

Rusiya liderinin sözlərinə görə, NATO-ya üzv ölkələrin müdafiə büdcələrinin genişləndirilməsi “məntiqli deyil”, çünki o, Rusiyanın kifayət qədər qorunduğunu və “bütün təhdidləri dəf etməyə” qadir olduğunu deyir.

…NATO nə edirsə etsin, əlbəttə ki, müəyyən təhdidlər yaradır, lakin biz yaranacaq bütün bu təhlükələrin qarşısını alacağıq. Bu mənada, hər hansı yenidən silahlanma və NATO ölkələrinin ÜDM-nin 5 faizinə qədər büdcə artımının heç bir mənası yoxdur.

Bunu deyən Putin, həmçinin “Rusiyadan gələn xəyali təhlükə” barədə Kremlin rəvayətlərini təkrarlayıb, Ukraynanı Minsk razılaşmalarını pozmaqda ittiham edib və Krımın ilhaqını “birləşmə” adlandırıb.

Eyni zamanda Rusiya prezidenti bəyan edib ki, Rusiya “münaqişəyə son qoymaq” üçün “ordudan istifadə etməyə məcbur olub”.

Putin Şərqi Avropaya hücum planlarını da qəzəblə rədd edib.

…Bu nə deməkdir? Şərqi Avropaya hücum edəcəyik, yoxsa nə? Məşhur bir hitlerçi təbliğatçı bir dəfə demişdi: “Yalan nə qədər inanılmaz olsa, ona bir o qədər tez inanılacaq”. " Rusiyanın Avropaya, NATO ölkələrinə hücum edəcəyi ilə bağlı əfsanə, Qərbi Avropa ölkələrinin əhalisini inandırmağa çalışdıqları eyni ağılsızlıqdır və yəqin ki, Avropada kimsə buna inanır..?

Əli Babayev