Bakıda çoxmərtəbəli binanın dam örtüyü və konstruksiyası üçün təhlükə yaradan tikililər sökülüb - FOTOLAR

19 İyun 2025 12:56 (UTC+04:00)

Paytaxt Bakıda Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən SİA-ya bildirilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb, binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradan bu tikililər sökülüb.