Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb

19 İyun 2025 11:21 (UTC+04:00)

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb. SİA xəbər verir ki, sənədə əsasən, dövlətlər arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyin möhkəmləndirilməsi nəzərdə tutulub.

Əsasnaməni Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğızıstan Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Özbəkistan Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev və Şimali Kipr Türk Cümhuriyyəti Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıblar.