NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb

19 İyun 2025 10:12 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,05% azalaraq 3,978 ABŞ dolları təşkil edib.