Azərbaycanın voleybol millisi Farer adalarına yollanıb

19 İyun 2025 10:04 (UTC+04:00)

Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi 3-cü tura ev sahibliyi edəcək Farer adalarına yola düşüb. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirin iyunun 20-22-də baş tutacaq üçüncü turunda Azərbaycan yığmasının rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.