Argentinanın "Boka Xuniors" klubunun futbolçuları Nikolas Fiqal və Ander Errera Klublararası Dünya Çempionatında "Benfika" (Portuqaliya) ilə oyundan sonra 4 oyunluq cəzalandırılıblar. SİA "Reuters"ə istinadən xəbər verir ki, A.Errera 20-ci dəqiqədə zədə səbəbindən əvəzlənsə də, birinci hissənin sonunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
N.Fiqal isə 88-ci dəqiqədə rəqibə qarşı kobud qayda pozuntusuna görə meydandan qovulub.
Argentina klubunun sanksiyalarla razılaşmadığı və qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu vurğulanır.
Qeyd edək ki, C qrupunda "Boka Xuniors"la "Benfika" arasında baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.