İran uçuşlara bağlı qadağanın müddətini uzatdı

19 İyun 2025 08:04 (UTC+04:00)

İran beynəlxalq və daxili uçuşlara əvvəllər tətbiq etdiyi qadağanın müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə İranın “NourNews” xəbər agentliyi ölkənin Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavana istinadən məlumat yayıb. Qadağa iyunun 19-u Bakı vaxtı ilə saat 14:30-dək qüvvədə olacaq.