Xəstəxanaya yerləşdirilən məşhur aktyordan xəbər var

19 İyun 2025 07:25 (UTC+04:00)

Xəstəxanaya yerləşdirilən məşhur aktyor və güləşçi Halk Hoqanın vəziyyəti yaxşılaşıb. SİA xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb. Hoqanın mətbuat katibi jurnalistlərlə söhbətində 71 yaşlı məşhurun ​​köhnə xəstəliklərlə mübarizə apardığını və boyun əməliyyatından sonra yenidən hərəkət edə bildiyini açıqlayıb. Xatırladaq ki, o, boyun və kürəyində yaranan problemlərlə xəstəxanaya yerləşdirilmişdi. Radio aparıcısı Todd Klem məşhurun pis vəziyyətdə olduğunu və sağ qala bilməyəcəyini iddia etmişdi.