Bu ölkələrin XİN rəhbərləri İranla nüvə danışıqları aparacaq

19 İyun 2025 03:07 (UTC+04:00)

Almaniya, Fransa və Böyük Britaniyanın XİN rəhbərləri İranın xarici işlər naziri Abbas Əraqçi ilə nüvə məsələləri ilə bağlı danışıqlar aparacaqlar. SİA “Reuters”ə istinadən xəbər verir ki, görüş cümə günü, iyunun 20-də Cenevrədə baş tutacaq. Danışıqlar Almaniya konsulluğunda avropalı nazirlərin görüşü ilə başlayacaq. Daha sonra İran tərəfi ilə birgə məsləhətləşmələr aparılacaq.