Rəşad Sadıqov: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq

18 İyun 2025 22:29 (UTC+04:00)

“Püşk bizə “Hayduk” komandasını rəqib etdi”.

SİA xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, azarkeşləri iki gərgin və maraqlı oyun gözləyir: “İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq”.

Qeyd edək ki, Konfrans Liqasında bu raundun görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.