Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
VAZ-2107 markalı avtomobilin idarəetmədən çıxması nəticəsində Nic qəsəbə sakini, 31 yaşlı Elsevər İslamlı və Vəndam qəsəbə sakini, 29 yaşlı Taleh Paşazadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.