Biləsuvarın 6 yaşayış məntəqəsində qaz kəsiləcək

18 İyun 2025 15:17 (UTC+04:00)

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək. SİA-nın məlumatına görə, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.

Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.