Gəncədə yanğın olub

18 İyun 2025 14:11 (UTC+04:00)

Gəncədə yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb. 5 mərtəbəli yaşayış binasının yaxınlığındakı ərazidə məişət tulantıları, iki ağac yanıb.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ətraf ərazilər və yaxınlıqda olan evlər yanğından mühafizə olunub.

Fakt araşdırılır.