Sabiq nazir təltif edilib

18 İyun 2025 11:29 (UTC+04:00)

Sabiq ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı ilə təltif edilib. SİA xəbər verir ki, medalı Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib.

Fikrət Məmmədov təltiflə bağlı dövlət başçısı İlham Əliyev və hazırkı Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə təşəkkür edib.