QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib

18 İyun 2025 10:38 (UTC+04:00)

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova QDİƏT PA –nın Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib.

O, sədrliyi həmkarı Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovaya təhvil verdiyini xatırladıb.