Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb

18 İyun 2025 10:17 (UTC+04:00)

Sumqayıt şəhərində silah-sursat aşkar olunub. SİA xəbər verir ki, hadisə "Xəzər bağları" ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 kalibrli “AKS” markalı “Kalaşnikov” avtomatı və 16 kalibrli, “TOZ-63” markalı ov tüfəngi tapılıb.

Tapılan silahlar aidiyyatı üzrə təhvil verilib.