Azərbaycanın olimpiya çempionu dünya çempionatında mübarizəyə başlayır

18 İyun 2025 09:22 (UTC+04:00)

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq. SİA xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxacaq.

O, Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə 1/16 finalda qarşılaşcaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.