İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edildi

18 İyun 2025 08:13 (UTC+04:00)

"İsrailin şimalında “düşmən təyyarələrinin” ölkənin hava məkanına daxil olması ilə bağlı xəbərdarlıq edilib”. SİA xəbər verir ki, bu barədə “X”də İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Digər təfərrüatlar verilməyib. Paylaşıma əlavə edilmiş xəbərdarlıq xəritəsi Nazaret, Tiberias və Tiberias gölünün şimalındakı ərazilərdə təhlükə olduğunu göstərir.