Türkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

18 İyun 2025 04:42 (UTC+04:00)

İyunun 18-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb. Türkiyə Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, Gülər və Belousov İran və İsrail arasında münasibətlərdəki gərginliyə diqqət yönəldərək, regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərə xüsusi diqqət yetirilib.