Hava məkanı daha bir gün bağlı qalacaq

18 İyun 2025 02:03 (UTC+04:00)

İraq ölkənin hava məkanında mülki aviasiya uçuşlarına qoyulan qadağanı daha bir gün uzadıb. SİA xəbər verir ki, bu barədə ölkə üzərindən aviasiya hərəkətinə cavabdeh olan Bağdad Uçuş İnformasiya Bölgəsinə nəzarət xidməti məlumat yayıb. Beləliklə, regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar iyunun 13-nə keçən gecə uçuşların dayandırıldığı hava məkanı altıncı gün də bağlı qalacaq.