İranın uranın zənginləşdirilməsi salonları zədələnib...

17 İyun 2025 18:05 (UTC+04:00)

...Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərinin peyk görüntülərini təhlil etdikdən sonra İsrailin Natanzdakı yeraltı uranın zənginləşdirilməsi obyektlərinə zərbələr endirdiyinə dair sübutlar aşkar edib.

SİA-nın məlumatına görə, bu barədə agentliyin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

...Cümə günü hücumlardan sonra toplanmış yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərinin davamlı təhlili əsasında MAQATE Natanzdakı yeraltı uranın zənginləşdirilməsi obyektlərinə birbaşa təsir göstərən əlavə elementləri müəyyən edib.

Məlumatda bildirilir.

Eyni zamanda agentlik qeyd edir ki, İsfahan və Fordodakı zavodlarda heç bir dəyişiklik qeydə alınmayıb.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali xəbərdarlıq etmişdi ki, İranın cavabı İsraili Tehrana qarşı tətbiq etdiyi müharibəyə görə peşman edəcək.

Onun sözlərinə görə, İsrailin hərəkətləri İran xalqına qarşı tətbiq edilən müharibədir və bu, “hər bir iranlının keçmişinə, bu gününə və gələcəyinə hücumdur”.

Əli Babayev