Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin komandası beynəlxalq turnirdə uğurlu çıxış edib - FOTOLAR

17 İyun 2025 16:13 (UTC+04:00)

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 basketbol üzrə komandası İsveçrənin Mies şəhərində keçirilmiş FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib. Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub.

Yarışların ilk günü yoxlama oyunları keçirilib və bu matçların nəticələrinə əsasən komanda A qrupunda yer alıb. Yığma Fransanı (8:2), Niderlandı (5:3) və Finlandiyanı (5:4) məğlub edərək qrupun qalibi olub.