Çağatayın yeni layihəsi bəlli oldu

17 İyun 2025 08:41 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun yeni layihəsi bəlli olub. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor “Uykusuz Adam” adlı filmdə rol alacaq. Ulusoyun baş rolda oynayacağı filmin çəkilişlərinə iyul ayında başlanması planlaşdırılır.

Qeyd edək ki, Ç.Ulusoy hazırda “Eşref Rüya” serialında baş rolu canlandırır.