Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

16 İyun 2025 21:10 (UTC+04:00)

Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk medallarını qazanıblar.

SİA xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) 3-cü yer uğrunda qarşılaşmada BƏƏ təmsilçisi Nuqzari Tatalişvili ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.